Türkiyəli məşhurların Bakıya kimin toyuna gəldiyi məlum oldu


Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən dəbdəbəli toyların birində Türkiyə şou-biznesinin məşhur simaları - Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar. Yeniavaz.com "
qafqazinfo"nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, toyun sahibi mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov olub. Belə ki, R.Camalovun qızı Züleyxa Elşən adlı bəylə ailə həyatı qurub. Toyun aparıcılığı Nəsib Nura, idarə olunması isə müğənni Zamiq Hüseynova həvalə olunub. Şadlıqda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Namiq Qaraçuxurlu ilə yanaşı, Əməkdar artist Xumar Qədimova da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top