Güclü zəlzələdə ölənlər arasında azərbaycanlılar var? – XİN-dən CAVAB


Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələnin baş verməsi haqqında xəbər vermişdik.
Azərbaycan tərəfindən Türkiyəyə rəsmi şəkildə yardım göstərilib-göstərilməyəcəyi isə hələ ki, bəlli deyil. Bu haqda Yeniavaz.com-a açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib: “Yardım müvafiq qurumlar baxdıqdan sonra dövlət səviyyəsində verilcək bir qərardır. Belə bir hal olarsa bu haqda məlumat ictimaiyyətə çatdırılacaq”.
L. Abdullayeva onu da dedi ki, hələlik ölənlər və xəsarət alanlar arsında azərbaycanlı yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top