Çindən başqa ölkələrə yayılmış koronavirusla bağlı sosial şəbəkələrdə dəhşətli kadrlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrlar, Çindəki bir xəstəxanada lentə alınıb. Görüntülərdə xəstəxananın dəhlizində döşəməyə uzadılmış ölülər və müayinə gözləyən xəstələr müşahidə olunur. “Twitter”də kadrları yayan şəxs, bu görüntülərin dəfələrlə paylaşılmasına baxmayaraq silindiyini bildirib. Kadrları lentə alan şəxs isə vəziyyətin dəhşətli dərəcədə olduğunu, həkimlərin virusa yoluxanları ölülərin yanında müalicə etditini deyir.
Başqa bir kadrda isə, xəstəni əməliyyat edən cərrahın həmin an huşunu itirərək yıxılması müşahidə olunur. Sosial şəbəkələrdə cərrahın koronavirusa yoluxduğu iddia edilir.
Çində bu virusa yoluxanların sayının 900 nəfərə çatdığı artıq təsdiqlənib. Bu günə qədər 26 nəfər koronavirusdan ölüb.Hazırda Tibet Muxtar Vilayəti istisna olmaqla, ölkənin bütün bölgələrində insanlar müayinədən keçirilir. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə Çinin 13 şəhərində nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarını ölümcül virusla bağlı xəbərdar edib.
— 思雪 (@a524952) January 24, 2020
Huge public hygiene crisis seems to have erupted in #Wuhan. This video clip was once posted on Weibo but now deleted. The lady in the clip says dead bodies were left at hospital aisles untreated whereas doctors are taking care of other patients alongside them. #WuhanPneumonia pic.twitter.com/8ARaEHDbXC
— Ezra Cheung (@ezracheungtoto) January 24, 2020