Sumqayıtda tragikomik QƏZA – Təcili yardım sürücüləri zəncirvari qəza törətdilər – VİDEO


Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik maşını ilə toqquşub.

Yeniavaz.com Xəzər TV-yə istinadən xəbər verir ki, yaralıları daşımağa gələn digər təcili yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən maşınlara çırpılıb.
Hadisə yerinə çağırılan digər təcili yarıdm avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub.
Ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada 7 nəfər xəsarət alıb.
Onlardan 6 nəfəri Sumqayıt şəhər Təcili Yardım Stansiyasının həkimləridir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top