ABŞ-dan etiraf: 34 hərbçi kəllə-beyin travması alıb


İslam Keşikçiləri Korpusunun “Qüds” birqadasının rəhbəri, general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İranın ABŞ ordusunun İraqdakı Ayn əl-Əsəd bazasına endirdyi raket zərbələrinin fəsadları artıq Birləşmiş Ştatların hərbi rəhbərliyi tərəfindən etiraf edilməyə başlanıb.

Pentaqon 34 hərbçiyə kəllə-beyin travması diaqnozunun qoyulduğunu təsdiqləyib. Onların yarısı artıq xidməti vəzifələrinə geri dönüblər.

Müdafiə naziri Mark Esper nazirliyin kadrlar idarəsinin rəisi Metyu Donovana yaralıların vəziyyətini izləməyi və təhlil etməyi tapşırdığını bildirib. Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffmanın sözlərinə görə, yaralı hərbçilərin yarısı hələ də hərbi xəstəxanada tutulurlar. Onların bir çoxu ABŞ-ın Almaniya və Küveytdəki bazalarına köçürülüb.

“Burada əsas məqsəd bizim Amerika xalqına hərbi əməliyyatlar zamanı hərbçilərimizin necə böyük məhrumiyyətlərlə üzləşdiyini şəffaf şəkildə çatdırmaqdır”,-deyə Conatan Hoffman jurnalistlərə söyləyib.

Qeyd olunur ki, İran tərəfi hücum zamanı ABŞ-a itki dəymədiyini etiraf edib.

Bununla bağlı məlumat verən general Əmir-Əli Hacızadə həmin vaxt əsas hədəflərinin ABŞ-ın hərbi bazasına zərbə vurduğunu vurğulayıb.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top