
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.
“Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatar stansiyaya çatanda sərnişinlərin qatarı tərk etməsi bildirilib. “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O bildirib ki, metronun Elmlər Akademiyası stansiyasında yeni qatarların birində problem yaşanıb: “Qatarda olan sərnişinlərdən biri “acil çıxış” düyməsinə basıb. Bu səbəbdən stansiyaya daxil olan qatarın qapıları bağlanmayıb. Boş qatar “İnşaatçılar” stansiyasına yollanıb. Orada yaranmış problem aradan qaldırılıb. Qatarların intervalında gecikmə olmayıb”.