
Rusiya prezidenti Vladimir Putinin Fələstinə səfəri zamanı maraqlı hadisə yaşanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Putin Fələstində fəxri qarovul dəstəsinin yanından keçərkən əsgərlərdən birinin papağı yerə düşüb. Bunu görən Putin əyilərək papağı yerdən götürüb və əsgərin başına qoyub. Daha sonra Putin işarə ilə əsgərə hər şeyin qaydasında olduğunu bildirib və gülümsəyərək yoluna davam edib.
Həmin görüntüləri təqdim edirik: Ruslan Yusibov