
Bakının Yasamal rayonunun Zərgərpalan küçəsində "Mercedes ML” markalı minik avtomobilin qeyri-qanuni parklanması təxminən yarım saat müddətində yolda hərəkətin dayanmasına səbəb olub.
Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, bu müddətdə küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb və Agentliyin əməkdaşları avtomobili ərazidən təxliyə edib.