Təhsil Nazirliyinin əməkdaşları avtomobil vuran şagirdlərə baş çəkiblər - FOTOLAR


Təhsil Nazirliyinin əməkdaşları dünən Xırdalanda avtomobil vurması nəticəsində ağır xəsarət alan məktəblilərə baş çəkiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində bildirib: “Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, “keçmiş olsun” dedik”.

DİGƏR XƏBƏRLƏR

Top