Alimlər ölümcül koronavirusun mənşəyini AÇIQLADI


Çinli alimlər insanların koronavirusa ilanlar və yarasalardan yoluxduğunu ehtimal edirlər.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, alimlər Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirusun, Kəskin Tənəffüs Yolu Sindromu (SARS-cov) və Orta Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-cov) ilə eyni kökdən olduğunu müəyyən ediblər. Bu iki sindromda da virusun qaynağı məhz yarasalardır. Lakin alimlərin fikrincə virusun yarasalardan insana birbaşa keçməsi mümkün deyil. Bunun üçün arada vasitəçi bir heyvan olmalıdır.  Buna görə də alimlər Çində bu virusa yoluxan bəzi insanlardan gen nümunələri götürərək, heyvanlarda müəyyən edilən  217 koronavirus ilə qarşılaşdırıblar. Nəticədə yeni virusun iki ilan növündəki virusla uyğunlaşdığı məlum olub.
Eyni zamanda yeni tip virusun yayılmamışdan əvvəl mutasiyaya uğradığını və iki koronavirusun birləşməsindən yarandığı ehtimal edilir.
Koronavirusun Vuhanda dəniz məmulatları satılan bazarda yarasalardan ilanlara, onlardan da insanlara keçdiyi qeyd edilib.  
Xatırladaq ki, son məlumatlara görə, koronavirus səbəbilə ölənlərin sayı 25, daşıyıcılarının sayı isə ən az 830 nəfərdir. Hazırda Çində Vuhan da daxil olmaqla 10 şəhər karantinə götürülüb.
Qeyd edək ki, yeni tip virus yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı, ishal kimi ilkin əlamətlərlə müəyyənləşdirilir.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top