Bakı-Moskva hava reyslərində problem var? - RƏSMİ

Bakı-Moskva hava reyslərinin cədvəlində dəyişiklik yoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, Bakı-Moskva istiqamətində bütün reyslər cədvəl üzrə hərəkət edir.

Xatırladaq ki, Rusiya mətbuatının yaydığı məlumata görə, hava şəraiti ilə əlaqədar paytaxtda yerləşən hava limanlarında 20-yə yaxın reys təxirə salınıb. Belə ki, “Vnukovo” hava limanında iki reys, “Domodedovo”da altı reys təxiə düşüb. “Şeremetyevo” hava limanından dörd təyyarə, “Domodedovo”dan isə beş təyyarə hava limanından qalxa bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top