Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Yeniavaz.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, indiyə qədər 42257 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 40955 müşahidəçi dairə seçki komissiyalarında, 1302 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.