Prezidentdən Vaqif Şadlinski haqqında SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Bilas oğlu Şadlinskinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, V.Şadlinski tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Tibb Universitetində İnsan anatomiyası kafedrasının müdiridir.

DİGƏR XƏBƏRLƏR

Top