
Bu ilin əvvəlinə olan məlumata görə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 190,1 min nəfər olub və onlardan 4 milyon 938,5 min nəfərini məşğul əhali təşkil edib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir il ərzində iqtisadi fəal əhalinin sayı 57 min, məşğul əhalinin sayı isə 59,2 min nəfər artıb. Nəticədə ölkədə işsiz insanların sayı 2,2 min nəfər azalaraq 251,6 min nəfərə düşüb.
Onu da bildirək ki, ötən il işsizlərin sayında azalma olsa da əvvəlki illərlə müqayisədə işsizlərin sayında artım baş verib. Son 9 ildə ən aşağı işsizlik səviyyəsi 2013-cü ildə qeydə alınıb. 1 yanvar 2014-cu ilə olan məlumata görə, Azərbaycanda 236,6 min nəfər olub.
Məlumat üçün onu da qeyd edək ki, işsiz insanların sayının 2,2 min nəfər azaldığı 2019-cu ildə Azərbaycanda 16 min 448 yeni müəssisə və təşkilat yaradılıb, 592-si isə bağlanıb. Nəticədə, son bir ildə ölkədəki müəssisə və təşkilatların sayı 146 min 233-ə yüksəlib.
Son 8 ildə ölkədə işsiz insanların sayı belə olub:
İllər | İşsizlərin sayı, (min nəfər) |
1 yanvar 2012 | 250,9 |
1 yanvar 2013 | 243,1 |
1 yanvar 2014 | 236,6 |
1 yanvar 2015 | 237,8 |
1 yanvar 2016 | 243,7 |
1 yanvar 2017 | 252,8 |
1 yanvar 2018 | 251,7 |
1 yanvar 2019 | 253,8 |
1 yanvar 2020 | 251,6 |