Azərbaycanda müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində xəstəxanaya müraciət edən 67 yaşlı kişi ölüb. İlkin məlumata görə, xəstə Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində vəfat edib.
Goranboydan Mingəçevirə Nərgiz özəl klinikasına gələn 67 yaşlı kişi dünyasını dəyişib. Rayonun Qızılhacılı qəsəbə sakini Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyi iddia olunur.

Baş verən hadisə ilə bağlı Mingəçevir şəhərində yerləşən Nərgiz klinikasının baş həkimi İlham Yusubov Yeniavaz.com saytına açıqlama verib. Baş həkim Goranboy sakinin ölüm səbəbinin ağciyərin tromb emboliyasından dünyasını dəyişdiyini bildirib. 
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən meyidə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top