İranın daha bir komandiri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Bəsic" təşkilatının komandirlərindən biri kapitan Əbdülhüseyn Mücəddəmi qətlə yetirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, maskalı, silahlı şəxslər səhər saatlarında Əbdülhüseyn Mücəddəminin evinə hücum ediblər. Hücum nəticəsində Mücəddəmi evində güllələnərək qətlə yetirilib. İranın rəsmi xəbər agentliyi faktla bağlı araşdırmaların başlandığını və qısa vaxtda hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top