
Çində sətəlcəmə bənzəyən xəstəlik yayılmağa davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çində naməlum xəstəlik səbəbilə ölənlərin sayı 4-ə çatıb.
Dünyasını dəyişən şəxslərin hamısının Çinin Vuhan şəhər sakinləri olduğu bildirilib.
Naməlum yoluxucu xəstəliyin 2019-cu ilin dekabr ayında ortaya çıxan virusdan qaynaqlandığı deyilir.
Ruslan Yusibov