
Yola saldığımız 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 191 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2018-ci ildə azərbaycanlılar Türkiyədən 2019-cu ildəkində 59 mənzil çox - 1250 mənzil satın alıblar.
Məlumat üçün bildirək ki, son 5 il ərzində - 2015-19-cu illər ərzində Azərbaycan vətəndaşları Türkiyədən 4 808 mənzil satın alıblar.
Azərbaycan vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı illər üzrə bu cür olub:
İllər | Mənzillərin sayı |
2019 | 1191 |
2018 | 1250 |
2017 | 942 |
2016 | 610 |
2015 | 815 |