Gəncə şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
İlk öncə Şəhidlər xiyabanında Azərbaycannin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşən şəxslərin adlarının qeyd olunduğu xatirə lövhəsinin açılışı olub. Anım mərasimində dövləthimni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. İctimayyət nümayəndələriın Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərinin məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Vüqar Nəbiyev