Sumqayıtda ölkədən qaçdığı iddia olunan direktorun yerinə TƏYİNAT

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.
O, indiyə qədər “Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib. 
Qeyd edək ki, bundan əvvəl Xannı Rüstəmovun şirkətin pullarını götürərək, ölkəni tərk etdiyinə dair xəbərlər yayılmış, ardınca o, Oxu.Az-a açıqlamasında bu iddiaları təkzib etmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top