Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub


Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top