Şimal-Qərb bölgəsinə yağan qar avtomobilləri yolda qoydu - VİDEO

Gecə saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunda sürücülər çətin anlar yaşayıb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, şaxtalı hava səbəbindən magistral yollun bir hissəsi buz bağlayıb.
Buzlu yolda hərkət edə bilməyən avtomobillər yolda qalıb. Sürücülərin köməyinə ərazidə xidmət göstərən polis əmkdaşları gəlib. Bir müddət sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub 
Yola qum- duz qarışığı səpilib və avtomobillərin hərəkət bərpa olunub. Şaxtalı və qarlı hava səbəbindən sözü gedən yoldan sürücülərin, əsasən də gecə saatlarında istifadə etməməsi tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top