Bakıda qardaşını öldürənin apellyasiya şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A.Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2018-ci ilin oktyabr ayında Bakıda baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

DİGƏR XƏBƏRLƏR

Top