Rusiyalı deputat Bakıya “Qəhrəman şəhər” adının verilməsinə çağırıb


2020-ci ildə Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi qeyd olunacaq. Bununla əlaqədar Rusiya Dövlət Dumasında “Əmək şücaəti şəhəri” adının verilməsinin hüquqi əsasları haqda qanun layihəsini müzakirə edib.

Bununla əlaqədar deputat Dmitri Savelyev xatırladıb ki, bu gün “Qəhrəman şəhər” adını təkcə Rusiyanın şəhərləri deyil, həm də SSRİ-nin süqutundan sonra digər dövlətlərin ərazisinə çevrilən şəhərlər, xüsusilə Odessa, Kiyev və Brest qalası da daşıyır.

D.Savelyevin Turan agentliyinə göndərilən çıxışında deyilir: “Bizim əmək şücaəti şəhərinin yüksək statusunu müzakirə etdiyimiz vaxtda bu presedent nəzərə alınmalıdır: postsovet məkanındakı şəhərlər də bu ada layiqdir. Məsələn, Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsi dəfələrlə qaldırılıb.

Böyük Vətən Müharibəsi illərində Bakı sakinləri gecə-gündüz işləyərək sovet tanklarına və təyyarələrinə yanacaq göndərirdilər. Müharibə illərində Azərbaycanda “Bizim Stalinqrad hər quyuda” plakatları asılmışdı və bu, belə idi, sovet ordusuna lazım olan bütün yanacağın 80% -i oradan gəlirdi.

Rusiya SSRİ-nin varisidir, ikincisi, bizim dövlətimiz həmişə birmənalı şəkildə xalqımızın tarixi yaddaşının qorunması ilə bağlı siyasi kursa əməl edib.

Bu gün biz müxtəlif ölkələrdə yaşayırıq, ancaq cəbhədə həlak olanların və cəbhənin ehtiyaclarını ödəmək üçün gecə-gündüz çalışanların xatirəsinə ehtiramla yanaşmalıyıq. Odur ki, bu qanun layihəsində Bakıya bu yüksək adın verilməsinin mümkünlüyünün nəzərə alınmasını istərdim”, - Dmitri Savelyev deyib//Contact.az

DİGƏR XƏBƏRLƏR

Top