![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/1a3a228d-9154-4022-ac93-ca80c0a3196c/asanxidmettt.jpeg)
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Yeniavaz.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.