![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/32e283ae-d795-4e3d-b6a7-6836e7fd6ae9/hava-saxta.jpg)
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.
Yeniavaz.com APA-ya istinadən, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.
Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.
Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.