Polis “Anadolu”nun Qahirədəki ofisində əməliyyat keçirib - Saxlanılanlar var


Misir polisi Türkiyənin “Anadolu” xəbər agentliyinin Qahirədəki ofisində əməliyyat keçirib.
Yeniavaz.com Türkiyə KİV istinadən xəbər verir ki, əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı saxlanılıb.
Onlardan birinin Türkiyə vətəndaşı olduğu bildirilir.
Agentliyin ofisinə gələn vəkilə saxlanılanların hara aparılması barədə məlumat verilməyib.
Türkiyə Xarici İşlər Nazirliyi və rəsmi şəxslər hadisəni qınayıb.
Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib.

DİGƏR XƏBƏRLƏR

Top