
Türkiyənin məşhur stəndap ulduzu, Cem Yılmaz sosial şəbəkədə paylaşımı ilə azərbaycanlı fanatlarını sevindirib.
Yeniavaz.com xəbər verir ki, o, azərbaycanlı müğənni Nigar Muharremə “Twitter” hesabında dəstək olub. Belə ki, C.Yılmaz Azərbaycanın Türkiyədə məşhur gənc müğənnisi Nigar Muharremin “Yalnızlar şəhəri” mahnısını paylaşaraq bəyəndiyini bildirib.
Eyni zamanda mahnının partlayış etdiyini vurğulayıb.
Nigar Muharrem 💥 https://t.co/erKwGkghR6
— Cem Yılmaz (@CMYLMZ) 7 Ocak 2020
İlahə Hüseynova