BNA yeni avtomobillər aldı - Qanunsuz parklanmaya görə yeni üsul - FOTOLAR


Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına qarşı nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.

Yeniavaz.com xəbər verir ki, avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar videoçəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbehvermə haqqında qərar tərtib edə biləcək. 

Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.



DİGƏR XƏBƏRLƏR

Top