Yola saldığımız 2019-cu ildə Azərbaycana xaricdən 47 710 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci illə müqayisədə 18 834 ədəd və yaxud 65% çoxdur. Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 65% artaraq 43 156-ya yüksəlib.
Bundan başqa ötən il 547 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 780 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 227 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Son 8 ildə - 2012-2019-cu illərdə avtomobil idxalı bu cür olub:
İllər | Avtomobillər (ədəd) |
2012-ci il | 101 255 |
2013-cü il | 104 385 |
2014-cü il | 63 368 |
2015-ci il | 26 785 |
2016-cı il | 5 746 |
2017-ci il | 13 098 |
2018-ci il | 28 876 |
2019-cu il | 47 710 |
A. Cəfərov