Azərbaycanın Xalq artisti erməni sənətçi ilə bir səhnəyə çıxacaq? - Özündən AÇIQLAMA


Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni sənətçi Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina etdiyi barədə yayılan məlumata aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, Yusif Eyvazov bu barədə məlumatı sosial şəbəkə hesabından paylaşıb.
Azərbaycanın Xalq artisti bildirib ki, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair tamamilə aydın bir görüşüm və fikrim var, amma siyasi görüşlərim heç vaxt peşəmə və səhnədəki həmkarlarıma təsir etmir. "Bolşoy Teatr"da dəfələrlə Maria Quleqin və Gevorq Akopyanla  birlikdə səhnəyə çıxdığım buna sübutdur. Buna görə təsdiqlənmiş məlumatlara etibar edin və təxribatlara yol verməyin".
Onu da bildirək ki, internet saytlarda yayılan məlumatlara görə Yusif Eyvazov bu ilin fevralın 7-də "Drezden Opera Ball"ında baş tutacaq tədbirdə səhnəyə erməni sənətçi Ruzan Mantaşyanla birlikdə çıxmaqdan imtina edib.
Tədbirin təşkilatçısı olan "Semper Opera Ball"ın bədii rəhbəri də açıqlama verərək bildirib ki, onlar fevralın 7-də baş tutacaq tədbir üçün Ruzan Mantaşyanla müqavilə bağlamayıblar. 
Məlumat üçün qeyd edək ki, Yusif Eyvazov 2 may 1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olmuşdur. Onun valideynləri həmin dövrdə SSRİ-nin mütəxəssisləri qismində Əlcəzairdə işləyiblər. Yusif Eyvazov 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olur, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyaya, Milana gedir. Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub.
2017-ci ildə Azərbaycanın Əməkdar artisti, 2018-ci ildə ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
Yusif Eyvazov rus əsilli opera müğənnisi Anna Netrebko və onun ilk nikahdan olan oğlu Tiaqo ilə birgə Vyanada yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top