İranda vurulan sərnişin təyyarəsi ilə bağlı həbslər başladı


İran hökuməti Ukraynanın sərnişin təyyarəsini səhvən vuran şəxslərlə bağlı cinayət işinin başladıldığını bildirib. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İranın Ədliyyə Naziri Ukrayna təyyarəsinin səhvən vurulmasında iştirak edən bəzi şəxslərin həbs edildiyini açıqlayıb.
İran prezidenti Həsən Ruhani isə faciə ilə bağlı bütün günahkarların cəzalandırılacağını bildirib "Hadisə diqqətlə araşdırılmalıdır, təyyarənin vurulmasına bir çox adam təqsirlidir". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top