Ata Abdullayev də deputat olmaq istəyir

Özünü blogger kimi təqdim edən Ata Abdullayev 23-saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb. 

İmzatoplama mərhələsini başa vuraraq imza vərəqələrini DSK-ya təqdim edib. Lakin hələ ki, qeydə alınmayıb. 

Ata Abdullayevin namizədliyini irəli sürdüyü dairədə hakim Yeni Azərbaycan Partiyasını Elnur Rəhimov təmsil edir. O, Bakı Tikiş Evinin direktoru Fidail Rəhimovun oğludur. 

Hazırda bu dairənin deputatı akademik Ziyad Səmdzadədir. O budəfəki seçkilərdə 23 saylı Nəsimi-Səbail seçki dairəsini seçib.

DİGƏR XƏBƏRLƏR

Top