
Barselona futbol klubuna yeni baş məşqçi təyin edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Barselona futbol klubunun baş məşqçisi Ernesto Valverde vəzifəsindən ayırılıb.
Klubun rəsmi saytından verilən açıqlamaya görə, Valverdenin yerinə Kike Setyen gətirilib.
Qeyd edək ki, Kike Setyen Real Betis, Las-Palmas və digər futbol klublarında fəaliyyat göstərib.
Ruslan Yusibov