Qardaş ölkənin keçmiş prezidenti ilə bağlı edam qərarı ləğv edildi


Lahor Ali Məhkəməsi, Pakistanın keçmiş prezidenti və Baş naziri Pərviz Müşərrəfin cinayət işinə baxılması üçün xüsusi komissiyanın yaradılmasını ölkə konstitusiyasına zidd hesab edərək, edam hökmünü ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Geo Tv” məlumat yayıb.
Məlumata görə, keçmiş prezidentin cinayət işi əvvəlki illərə aiddir və buna görə də məhkəmə, edam qərarını ləğv edib.
Qeyd edək ki, Müşərrəfin edam hökmü  dekabrın 17-də açıqlanıb. Məhkəmə daha sonra siyasətçini dövlətə xəyanətdə günahlandırıb.
Xatırladaq ki, keçmiş prezident ona qarşı çıxarılan ölüm hökmündən Lahor Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdi. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top