Almaniyada HƏYƏCAN - 14 min insan təxliyyə edildi


Almaniyanın Dortmund şəhərində 14 min insan təxliyyə edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Dortmund şəhərində 14 min insan II Dünya Müharibəsindən qalan 2 təyyarə bombası səbəbi ilə təxliyyə edilib. Təxliyyə zamanı şəhərdəki bütün dəmir yol stansiyaları müvəqqəti olaraq bağlanılıb.
İlkin ehtimallara görə, 250 kq ağırlığındakı bomba Amerika və ya İngiltərəyə məxsusdur. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.
Mütəxəssislərin fikrincə, II Dünya Müharibəsində Almaniyaya atılan bombaların 20 faizdən çoxu hələ də partlamayıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top