İran hökumətinin səhvliklə vurduğunu açıqladığı Ukrayna hava yollarına məxsus təyyarədə ölənləri yad etmək üçün toplaşan insanlar, bir anda hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, beləcə anım mərasimi etiraz aksiyalarına çevrilib. Aksiya zamanı isə qəribə bir mənzərə ortaya çıxıb. Əsasını tələbələrin təşkil etdiyi etirazçıların çoxu yerə sərilmiş ABŞ və İsrail bayrağını tapdalamaqdan imtina edərək ətrafından dolaşıblar.