Türkiyə 27 yaşlı bu qızdan danışır - VİDEO


Türkiyənin ATV telekanalında efirə gedən “Kim milyoner olmak ister (Kim milyonçu olmaq istəyir) yarışmasının iştirakçısı Ümmü Gülsüm Gənc ölkədə gündəm olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Ummu Gülsümün 4 yaşında olarkən keçirdiyi xəstəliyə görə danışa bilməməsidir. 27 yaşlı qız suallara yazı lövhəsi vasitəsiylə cavab verib və verilişin aparıcısı Kənan İmirzalıoğlu ilə də bu yolla ünsiyyət qurub. Onun bu əzmkarlığı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Ümmü Gülsüm apardığı mübarizə nəticəsində 125 min türk lirəsi (təxminən 36 min AZN) qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top