İran səhvən vurduğu Ukrayna təyyarəsinin "qara qutu"sunu bu ölkəyə verəcək


İran səhvən vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunun şifrəsini açmaq üçün Fransaya göndərəcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının aviaqəzaların araşdırma şöbəsinin rəisi Həsən Rezaifar bildirib.
O, İranda “qara qutu”nu oxumaq üçün lazımi texnologiyaların olmadığını deyib: “Kanada, Fransa və ABŞ-dan “qara qutu”nun oxunması üçün lazım olan avadanlıqlarla təmin etməyi xahiş etdik. Lakin müraciətlərimizə müsbət cavab gəlmədi. Bundan sonra İran Ukrayna, İsveç, Böyük Britaniya, Kanada və ABŞ-dan “qara qutu”nu müstəqil laboratoriyaya göndərməyi xahiş edib və bu 5 ölkə onu Fransaya göndərməyə razılaşıblar”.
H.Rezaifar İranla Fransa arasında “qara qutu”ların şifrəsinin açılmasına dair razılıq verildiyini bildirib.  
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top