Bakıda avtobusda olan şəxsin üzərində odlu silah olub? - Polisdən AÇIQLAMA - FOTOLAR


Sosial şəbəkələrdə Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda üzərində odlu silahla hərəkət etdiyi iddia edilən şəxsin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən kimliyi müəyyən olunub.
Yeniavaz.com
bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə istinadən məlumat verir.
Aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyən olunub. Baş İdarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hansı odlu silah yox, balıqçı aləti olması məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top