Yevlaxda həmkəndlisinə 1095 manat ziyan vuran oğru saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, rayonun Tanırqullar kənd sakini Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tanırqullar kənd sakini, əvvəllər məhkum olmuş Rasim Cəfərov saxlanılıb. Araşdırmalar zamanı onun 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlanmaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirlir.
Esmira Hidayətova, Yevlax