Təyyarə qəzasının səbəbi iki ilə araşdırılacaq - İran


İran 180 nəfərin öldüyü Ukrayna təyyarəsinin qəza səbəbinin araşdırılması prosesinin 1-2 il davam edəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatı qəzaya uğrayan Ukrayna təyyarəsinin qara qutusunun açılması və qəza səbəbinin öyrənilməsi prosesinin 2 il davam edə biləcəyini bildirib. İranın hökumət sözçüsü Əli Rabiey təyyarənin İran tərəfindən səhvən vurulması iddialarının isə doğru olmadığını söyləyib.
Qeyd edək ki, bu gün dünya mətbuatında İran tərəfindən atılan raketlə Ukrayna təyyarəsinin vurulduğu iddia edilən görüntülər yayılıb. Hətta, ABŞ prezidenti Donald Tramp, Kanada baş naziri Castin Trudeu, İngiltərə baş naziri Boris Conson onlara verilən kəşfiyyat məlumatlarına əsaslanaraq Ukrayna təyyarəsinin İran tərəfindən vurulmasının dəqiqləşdiyini bildiriblər. Xatırladaq ki, Ukraynadan İrana səfər edən "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində 180 nəfər dünyasını dəyişmişdi. Onlardan 82-i İran, 63-ü Kanada, 11-i isə Ukrayna vətəndaşı olub. 
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top