Kanadanın baş naziri Castin Trudeu Ukrayna təyyarəsinin vurulması barədə yeni iddia ortaya atıb.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, Castin Trudeu 180 nəfərin ölümünə səbəb olan Ukrayna təyyarəsi barədə danışıb.
O bildirib ki, Ukrayna təyyarəsi İran tərəfindən atılan raketlə düşürülüb: "Böyük ehtimalla həmin təyyarə İran raketi ilə vurulub. Bu barədə Kanada və digər mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları var. Bütün sübutlar təyyarənin İran raketi tərəfindən vurulduğunu təsdiqləyir.
Ruslan Yusibov