Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. 
Əmrə əsasən, polkovnik-leytenant Cavid Talıbov Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir neçə ay əvvəl bu vəzifəni yerinə yetirən polkovnik-leytenant Azay Ağayev Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top