Rusiya hipersəs raketini sınaqdan keçirdi - Putin saatına baxıb... - VİDEO


Rusiya prezidenti Vladimir Putin hipersonik raket "Kinjal"ın sınaq atışlarını izləyib.
Yeniavaz.com xəbər verir ki, rus ordusu Qara dənizdə hipersonik "Kinjal" raketini sınaqdan keçirib. Bu barədə məlumatlar Rusiya dövlət televiziyasında yayımlanıb. Rusiya prezidenti Vladimir Putin gəmidə xidmət edən hərbçilərlə görüşdükdən sonra yaxından uçan rus qırıcı təyyarələrini müşahidə edib. Daha sonra "Kinjal" raketi hədəfə göndərilib. Bu vaxt Putin saatına baxaraq raketin nə qədər vaxt sonra hədəfi vuracağını dəqiqləşdirmək üçün saniyə saymağa başlayıb. Qısa müddət sonra raket hədəfi uğurla vurub. 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top