Azərbaycanda 28 yaşlı qızı qaçıran şəxsin istintaqı başa çatıb

Qazaxda qadını oğurlamaqda təqsirləndirilən Vüsal Hüseynxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə qaçırdıb.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top