Ramil Şeydayev: "Fabrik açan kimi hərənizə bir forma göndərəcəyəm" - FOTO


Futbol üzrə Azərbaycan milli komandasının və Moskvanın “Dinamo” klubunun hücumçusu Ramil Şeydayev  öz feyzbuk səhifəsində ondan mütəmadi olaraq forma istəyən azarkeşlərə status ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, 23 yaşlı futbolçu paylaşımında yazıb: “Mesaj qutusu və rəylərdəki dəstək mesajlarınıza görə nə qədər təşəkkür etsəm, azdır. Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm. Geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top