Rusiyada 5 yaşlı uşaq atasını güllələdi


Rusiyada 5 yaşlı uşaq yanlışlıqla atasını güllələyib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Saratov vilayətinin İvanteyevka kəndində baş verib. Məlumata görə, hadisə yanvarın 3-də baş verib. Belə ki, 48 yaşlı atanın evində bir neçə silah olub. O, silahları çəkməcəyə qoyanda uşağı ona kömək etmək istəyib və silahı atasına uzadıb. Bu zaman ehtiyatsızlıq nəticəsində 5 yaşlı uşaq atasını vurub. Atəş nəticəsində güllə kişinin boynuna dəyib və o, yerindəcə keçinib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top