
Bu il Bakı şəhər Heyvanat Parkında ("Bakı Zooparkı") saxlanılan heyvanları yemləmək üçün 157 min 421 manat vəsait xərclənəcək.
Yeniavaz.com xəbər verir ki, bu vəsait "Bakı Zooparkı"nın elan etdiyi tenderin qalibi olan fərdi sahibkar Məhi Məhiş oğlu Hüseynova (VÖEN-1803912792) ödəniləcək.
Məhi Hüseynov "Bakı Zooparkı"ndan aldığı 157 min 421 manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:
Məhsulun adı | Miqdarı | |
1 | Ət (mal) | 20 ton |
2 | Toyuq (bütöv, hissələr) | 10 ton |
3 | İçalat (toyuq) | 5 ton |
4 | Balıq (dondurulmuş) | 2,5 ton |
5 | Qarğıdalı (bütöv) | 300 kq |
6 | Darı (dənli bitkilər) | 1,5 ton |
7 | Buğda (dənli bitkilər) | 1,6 ton |
8 | Arpa (dənli bitkilər) | 700 kq |
9 | Vələmir (dənli bitkilər) | 6,5 ton |
10 | Ot kipi (quru ot) | 40 ton |
11 | Kəpək (dənlilərin qabığı) | 5 ton |
12 | Kambikorm (qarışıq yem) | 2,5 ton |
13 | Yarma (arpa, buğda) | 2 ton |
14 | Meyvə (alma, portağal, banan) | 3 ton |
15 | Tərəvəz (yerkökü, çuğundur, kələm, kartof, soğan, balqabaq) | 40 ton |
16 | Çörək (buğda) | 6 ton |
17 | Süpürgə (çöl) | 30 000 ədəd |
A. Cəfərov