Gürcüstanın azərbaycanlı icra başçısı cərimələnib

Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı bəyannaməsində yol verdiyi qeyri-dəqiqliyə görə cərimələnib.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Xidmətlər Bürosunun hesabatında bildirilib.

Müstəqil komisisyanın apardığı monitorinq zamanı məlum olub ki, Z.Darğallı bəyannaməsində bank hesabı və gəlirlərlə bağlı məlumatlarda səhvlərə yol verib.

Azərbaycanlı rayon rəhbəri təqdim etdiyi məlumatlarda qeyri-dəqiqliyə yol verdiyinə görə əməkhaqqısının 20%-i, lakin 500 laridən az olmayan məbləğdə cərimə olunub.

Gürcüstanın İctimai Xidmətlər Bürosunun monitorinqi zamanı nazir, deputat, hakim və digər yüksək vəzifəli şəxslərin ötən il üzrə, ümumilikdə, 607 bəyannaməsi yoxlanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top